Nəriman oynadı, komandası doğma meydanda uduzdu - VİDEO

Nəriman oynadı, komandası doğma meydanda uduzdu - VİDEO

ABŞ-də futbol üzrə MLS-nin 11-ci tur oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” doğma meydanda “Minnesota” ilə qarşılaşıb.

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Forvardın komandası 2:0 üstünlük əldə etsə də, hesabı qoruya bilməyib.

Axundzadə meydana 81-ci dəqiqədə daxil olub.

“Kolumbus Kryu” hazırda Şərq Konfransının turnir cədvəlində 12 xalla 9-cu pillədə qərarlaşıb.