"Fənərbaxça" Tovuza gəlir!

"Fənərbaxça" Tovuza gəlir!

Növbəti mövsümə daha iddialı olmağı hədəfləyən "Turan Tovuz" rəhbərliyi azarkeşlərinə futbol bayramı yaşatmağı planlaşdırır.

"Mediasport" xəbər verir ki, klub rəhbərliyinin Türkiyə təmsilçisinə yoldaşlıq oyunu ilə bağlı müraciəti müsbət qarşılanıb.

Son mövsümü üçüncü pillədə başa vurub Konfrans Liqasına vəsiqə qazansa da, son anda 7 il əvvəlki məsələyə görə avrokuboklardan kənarda qalan Tovuz təmsilçisi yoldaşlıq oyununda Türkiyə nəhəngi ilə qarşılaşacaq.

Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil edən "Turan Tovuz" 1994-cü ildə məhz "Fənərbaxça" ilə qarşılaşıb.

Tovuz şəhər stadionunda baş tutacaq oyunun keçiriləcəyi tarix klub tərəfindən yaxın vaxtlarda açıqlanması gözlənilir.