"Neftçi"nin Murad Məmmədovun keçidindən qazancı məlum oldu

"Neftçi"nin Murad Məmmədovun keçidindən qazancı məlum oldu

"Neftçi"nin Murad Məmmədovun Kiprin "Pafos" klubuna keçidindən əldə etdiyi qazanc məlum olub.

"Mediasport"a verilən məlumata görə, pafoslular paytaxt təmsilçisinə 250 min manat təzminat ödəyiblər.

Xatırladaq ki, "ağ-qaralar"ın yetirməsi Kiprin Yüksək Liqa komandası ilə 4 illik müqavilə bağlayıb.

U-21 Azərbaycan millisinin vingeri 2024/2025 mövsümündən bu yana "Neftçi"nin əsas komandasında 41 oyun keçirib, 4 qolla yadda qalıb.