Prezident "Sabah"ı təbrik etdi

Prezident "Sabah"ı təbrik etdi

Prezident İlham Əliyev "Sabah" futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə təbrik edib.

"Mediasport" xəbər verir ki, bu barədə dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım olunub:

"Sabah" futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm.

Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur.

Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanması Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin, ölkəmizin idman dövləti kimi mövqeyinin daha bir bariz göstəricisidir.

"Sabah" klubuna qarşıdakı matçlarda yeni-yeni qələbələr və uğurlar arzulayıram!".

Qeyd edək ki, "Sabah" pley-offda iki oyunun nəticəsinə görə İsrailin "Hapoel" Beer-Şeva klubunu məğlub (6:4) edərək tarixində ilk dəfə qatıldığı turnirin əsas mərhələsinə vəsiqə qazanıb.