Millimiz FİFA reytinqdə gerilədi
FİFA qadın futbolçuların milli komandalar üzrə növbəti reytinqini açıqlayıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan yığması sıralamada 1 pillə geriləyib.
Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 1317,93 xalla 75-ci sıraya enib.
Siyahıya 2105,36 xalla İspaniya seçməsi başçılıq edir.
Xatırladaq ki, komandamız son olaraq dünya çempionatının seçmə mərhələsində Macarıstana uduzub (1:2), Şimali Makedoniyaya (3:1) qalib gəlib.


