Rəşad Sadıqov "Mediasport"un xəbərinə görün necə cavab verdi

Rəşad Sadıqov "Mediasport"un xəbərinə görün necə cavab verdi

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov AFFA-nın bu komandadan Ruan Renatonu milliləşdirmək istəməsinə reaksiya verib.

Mütəxəssis "Mediasport"un bir neçə gün əvvəl eksklüziv paylaşdığı xəbərə görə braziliyalı müdafiəçi ilə müzakirə aparmadığını deyib.

O, məsələ reallaşarsa, buna sevinəcəyini bildirib:

"Ruanla bu haqda söhbətim olmayıb. Son illərdə milliləşmə ilə bağlı prosesdə durğunluq var. Renato elə oyunçudur ki, millimizə xeyir verə bilər".

Sadıqov "sambaçı"nın milliləşdirilməyə layiq olduğunu vurğulayıb:

"Onda azərbaycanlı xüsusiyyətləri - patriotluq, diqqət, futbolçularla münasibət var. Bu cür futbolçuların milliləşməsinə ehtiyac varsa, etmək olar. Yenə də qərar məndən asılı deyil.

“Zirə”nin məşqçisi kimi yox, azərbaycanlı biri kimi onun milliləşməsinə sevinərəm. Necə məsləhətdirsə, elə olsun".

Xatırladaq ki, bir neçə gün əvvəl AFFA-nın "Qarabağ"dan Abdullah Zubir və "Zirə"dən Ruan Renatonu milliləşdirməyə hazırlaşdığı haqda özəl xəbər vermişik: (https://mediasport.com.az/affa-nin-millilesdirmek-istediyi-legionerlerin-adlari-yalniz-mediasportda).