Fransa millisinin üzvü Azərbaycan klubunda oynayacaq - RƏSMİ

Fransa millisinin üzvü Azərbaycan klubunda oynayacaq - RƏSMİ

"Sabah" Basketbol Klubu mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb.

"Mediasport" xəbər verir ki, Fransa millisinin üzvü Jan-Mark Pansa ilə 2 illik müqavilə imzalanıb.

207 sm boya malik 27 yaşlı forvard son olaraq Fransanın "Burk Bress" komandasında oynayıb.

Orada keçirdiyi 34 oyunda orta hesabla 7.3 xal və 3.9 ribaund toplayaraq komandasına yarmfinala yüksəlməyə kömək edib.

2023–2024 mövsümündə Fransanın digər komandası "Bulazak Basket"də mübarizə aparıb. Pansa 2024-cü ildən Fransa milli komandasına çağırılır.

Karyerası ərzində bir sıra mükafatlara layiq görülən Jan-Mark 2024-cü ildə Fransanın ProB liqasında final seriyasında çıxış edib.

Həmin il Fransanın ProB liqasında "ilin ən yaxşı yerli oyunçusu" seçilib.