Yığmamız Niderlandı məğlub etdi

Basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasının final mərhələsinin oyunları davam edir.
"Mediasport" xəbər verir ki, yığmamız B qrupundakı ikinci oyununda Niderlandın U-25 millisi üzərində qələbə qazanıb (21:19).
İlk matçda Kanadaya 21:13 hesabı ilə uduzan millimizin üçüncü rəqibi Rumıniyanın "Rapid" klubu olacaq.