Azərbaycan çempionatında 19 komanda mübarizə aparacaq

Basketbolun 3x3 növü üzrə “ABB Gənc Basketbol Liqası”nın qrup mərhələsinin püşkü atılıb.
"Mediasport" xəbər verir ki, fevralın 24-də keçiriləcək ilk mərhələdə 19 komanda 5 qrupda mübarizə aparacaq.
Bakı İdman Sarayında baş tutacaq yarışın reqlamentinə əsasəs qrupda ilk iki pilləni tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Bu raundun görüşləri fevralın 25-də keçiriləcək. Turnirdə 28 yaşa qədər basketbolçuların iştirakı nəzərdə tutulub.
A qrupu: AzTU, Bakı ANM, BSU;
B qrupu: AzTU 2, Xəzər 2, ADNSU, BDU;
C qrupu: ADBTİA, ATU-Gəncə, NDU, Torpaq Qolat;
D qrupu: ADBTİA 2, BMU, ADNSU 2, UNEC;
E qrupu: Xəzər, P.H, BDU 2, BMU 2.