"Olimpiakos"un sabiq üzvü "Neftçi"nin baş məşqçisi oldu
"Neftçi" basketbol komandası Konstantinos Vasiliadis ilə müqavilə imzalayıb.
Komandanın mətbuat xidmətindən "Mediasport"a verilən məlumata görə, yunanıstanlı mütəxəssislə sözləşmə müddəti 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Bununla belə, mövsümün sonunda müqavilə müddətinin uzadılması məsələsi dəyərləndirilə bilər.
Qeyd edək ki, 42 yaşlı çalışdırıcı basketbolçu kimi ölkəsində "Olimpiakos", PAOK, İspaniyada "Unikaxa Malaqa", "Bilbao Basket", Türkiyədə isə "Anadolu Efes" klublarında çıxış edib.


