Gəncə stadionunda işlər yekunlaşır - Arenadan ən SON GÖRÜNTÜLƏR

Müasir görkəmdə inşa edilən Gəncə şəhər stadionunda yenidənqurma işləri davam edir.
"Mediasport" xəbər verir ki, arenada işlər tamamlanmaq üzrədir.
Yeni idman qurğusunda artıq oturacaqlar quraşdırılır.
15 minə qədər azarkeş tutumu olacaq stadionun sentyabrın 28-də başlanacaq 3-cü MDB Oyunlarının açılışına qədər hazır olacağı gözlənilir.