"Qarabağ" 5 pillə gerilədi, digər 3 klubumuz irəlilədi - YENİ REYTİNQ

"Qarabağ" 5 pillə gerilədi, digər 3 klubumuz irəlilədi - YENİ REYTİNQ

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların iyun ayı üçün dünya reytinqini açıqlayıb.

"Mediasport" xəbər verir ki, planetin 505 ən yaxşı komandası arasında Azərbaycanın təmsilçisi var.

Ən yaxşı göstəriciyə malik klubumuz “Qarabağ” 144,75 xalla dünyada 119-cudur. Qurban Qurbanovun kollektivi son reytinqlə müqayisədə 5 pillə geriləyib.

Aktivində 95,75 xalı olan “Zirə” 1 addım irəliləyişlə 232-ci sıraya qalxıb.

76 xala malik "Sabah" isə ciddi irəliləyişə nail olub - Masazır təmsilçisi 50 pillə sıçrayışla 317-ci yerə yüksəlib.

61,25 xalla “Araz-Naxçıvan” da 8 pillə irəli addım atıb. Naxçıvan klubu sıralamada 446-cıdır.

Cədvələ 470 xalla Madrid “Real”ı başçılıq edir.