"Sabah" Çempionlar Liqasında mübarizəyə Masazırda start verir
Azərbaycan çempionu "Sabah" bu gün UEFA Çempionlar Liqasında ilk oyununa çıxacaq.
"Mediasport" xəbər verir ki, "bayquşlar" qitənin birinci dərəcəli klub turnirinin ilk təsnifat mərhələsində TNS (Uels) ilə üz-üzə gələcək.
Matç Masazırda - "Bank Respublika Arena"da baş tutacaq və saat 20:00-da start götürəcək.
Cavab görüşü iyulun 14-də Uelsdə keçiriləcək.
UEFA Çempionlar Liqası. 1-ci təsnifat mərhələsi. İlk oyun
20:00 "Sabah" (Azərbaycan) - TNS (Uels)
Baş hakim: Patrik Qriskieviç (Polşa)
"Bank Respublika Arena"


