Tahir Gözel "Qarabağ"la birlikdə Bolqarıstana yollandı
Sabah UEFA Avropa Liqasının II təsnifat mərhələsində ÇSKA ilə cavab görüşünə çıxacaq “Qarabağ” günorta saatlarında Bolqarıstana yola düşüb.
"Mediasport" xəbər verir ki, Ağdam klubunun prezidenti Tahir Gözel də bu vacib və çətin səfər matçında komandanı tək qoymayıb.
O, komandanın yanında olmaq, qarşılaşmanı canlı izləmək üçün Sofiyaya yollanıb.
Səfərə komanda ilə birgə çıxan klub prezidenti yolboyu futbolçularla səmimi söhbət edib və onlara inamını ifadə edib


