Azərbaycan gimnastları Dünya Kuboku seriyasının qalibi oldular

Azərbaycan gimnastları Dünya Kuboku seriyasının qalibi oldular

Azərbaycanın akrobatika gimnastikası üzrə kişi cütlüyü Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən Dünya Kuboku seriyasında uğurla çıxış ediblər.

"Mediasport" xəbər verir ki, Murad Rəfiyev-Daniel Abbasov cütlüyü seriyanın qalibi adını qazanıblar.

Təmsilçilərimiz Dünya Kubokunun bu mövsüm Purs, Burqas, Bakı və Jeşuvda keçirilən mərhələlərində sabit və yüksək nəticələr göstəriblər.