Gimnastlarımızdan Bakıdakı beynəlxalq turnirdə 17 medal
Azərbaycan gimnastları "AGF Trophy" turnirinin final mərhələsində çıxışlarını başa vurublar.
"Mediasport" xəbər verir ki, İlham Salayev (sərbəst hərəkətlər) və Leyla Məmmədzadə (dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, sərbəst hərəkətlər) gənclər yaş kateqoriyasında fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.
Böyüklər yaş kateqoriyasında Rəsul Əhmədzadə (gimnastika atı, turnik) və Nikita Simonov (halqalar) çempion olub. Aydın Əlizadə (paralel qollar) bürünc medala yiyələnib.
Qadınların mübarizəsində Dəniz Əliyeva dayaqlı tullanmada qızıl, müxtəlif hündürlüklü qollarda gümüş medal qazanıb. Nazənin Teymurova gimnastika tirində qızıl, Xədicə Abbaszadə isə dayaqlı tullanmada bürünc medala sahib çıxıb.
Xatırladaq ki, gimnastlarımız turniri ümumilikdə 17 medalla başa vurublar.
