Hakimlər üçün seminar keçirildi

  Hakimlər üçün seminar keçirildi

UEFA-nın dəstəyi ilə AFFA tərəfindən Azərbaycan milli komandaları, Premyer Liqa və I Liqa klublarının həkimləri üçün "Futbolda zədələr və onların müalicə metodları" adlı seminar təşkil olunub.

"Mediasport" xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan seminara Azərbaycan milli komandalarının baş həkimi Vyaçeslav Xomenko rəhbərlik edib.

Həmçinin U-21-in həkimi Olcay Bayramov, futzal üzrə Azərbaycan millisinin həkimi Fuad Səfərov və qadınlardan ibarət A millinin həkimi Lalə İbrahimova da çıxış ediblər.

Məqsəd komandalarda çalışan tibbi heyətin biliyini daha da təkmilləşdirmək, futbolda tez-tez baş verən zədələr və bunun UEFA standartlarına uyğun həlli yolları ilə həkimləri tanış etmək olub.