Sonuncu tura 3 oyunla start verilir

Sonuncu tura 3 oyunla start verilir

Bu gün futbol üzrə Azərbaycan 2-ci Liqasında sonuncu - 27-ci tura start veriləcək.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.

Bütün matçlar 17:00-da start götürəcək və "I / II Liqa" "YouTube" kanalı vasitəsilə canlı yayımlanacaq.

Çempionluğa iddialı kollektivlər - "Xankəndi" və "Qaradağ Lökbatan" sabah meydana çıxacaqlar.

Azərbaycan 2-ci Liqası. 27-ci tur

17 may (bazar)

"Kür-Araz" - Araz Saatlı"

Hakimlər: Sənan Bayramzadə, Tural Bayramov, Hüseyn Vəliyev, Mehdi Yusifov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Mahal Məmmədov

Heydər Əliyev adına İmişli şəhər stadionu.

"Göygöl" - "Ağdaş"

Hakimlər: Kamil Aydınov, Ruslan Məmmədov, İlkin Mustafazadə, İrşad Aydınov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Göygöl OİK stadionu.

"Ağstafa Gəncləri" - "Sheki City"

Hakimlər: Ceyhun Hüseynov, Əhməd Əhmədsoy, Cavid Ömərov, Samir Hüseynov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Elman Musayev

Ağstafa şəhər stadionu.