"Qarabağ"ın UEFA Çempionlar Liqasında rəqibləri müəyyənləşdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasında rəqibləri müəyyənləşdi

UEFA Çempionlar Liqasında əsas mərhələsinin püşkatma mərasimi keçirilib.

"Mediasport" xəbər verir ki, tədbir UEFA-nın Monakoda yerləşən inzibati binasında baş tutub.

Turnirdə təmsilçimiz "Qarabağ"ın da rəqibləri bəlli olub.

4-cü səbətdə yer alan Ağdam təmsilçisi Liqa mərhələsində "Çelsi", "Liverpul" (hər ikisi İngiltərə), "Benfika" (Portuqaliya), "Ayntraxt" (Frankfurt, Almaniya), "Ayaks" (Niderland), "Napoli" (İtaliya), "Atletik" (İspaniya) və "Kopenhagen"lə (Danimarka) qarşılaşacaq.

Azərbaycan çempionu “Çelsi”, “Ayaks”, “Kopenhagen” və “Ayntraxt”la Bakıda, “Liverpul”, “Benfika”, “Napoli” və “Atletik”lə İspaniyada üz-üzə gələcək.

İlk turun görüşləri sentyabrın 16-18-də təşkil olunacaq.

Pley-off mərhələsi fevralın 17-18-də, final qarşılaşması isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə reallaşacaq.