"Bir çox suala istədiyim kimi cavab verə bilməyəcəm"
"Doğma azarkeşlərin qarşısında oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, qalib gəlib mərhələni keçək. Başa düşürük ki, rəqibin müəyyən üstünlüyü var".
"Mediasport" xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Mütəxəssis sabah UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Payde" (Estoniya) ilə baş tutacaq cavab oyunu öncəsi keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
O, ən yaxşı oyunlarından birini keçirməyə çalışacaqlarını bildiirb:
"Sabah"ı təbrik edirəm, ilk dəfə əsas mərhələdə çıxış edəcəklər. "Neftçi" və "Qarabağ"a uğurlar arzulayıram. Hər üç komandamızı vacib oyunlar gözləyir.
Çox istəyərdim ki, hər dörd komandamız əsas mərhələdə, ən azından pley-offda olsun. Bu, Azərbaycan futbolu üçün böyük təkan olardı".
İssa Cibrilla ötənmövsümkü kimi performans göstərmir. Bunun səbəbi nədir?
- Bizdə məsələlər yaxşı təhlil olunmur. İssa keçən il altı dəfə zədələnib. Kubokun finalında da zədələndi. Bir ay hardasa bərpa dövrü keçdi. Onu yavaş-yavaş oynadırıq. "Payde" ilə səfər matçında ilk dəqiqələrdən oynatdıq, amma bilirdim ki, 100 faiz hazır deyil. Cavab oyununda ona ehtiyacımız olacaqdı. Ümid edirəm ki, sabah İssa yaxşı oyunlarından birini keçirəcək.
İki gənc futbolçu transfer etmisiniz. Yeni Salifu Sumanı kəşf etmək istəyirsiniz?
- Futbolçuların potensialına inandıqca gəncləri komandamıza dəvət edəcəyik. Abdulazizi dəvət etdik, yavaş-yavaş bərpa olur. Gələcək matçlarda oynaya bilər. Smit və Krisə gəldikdə, gəncdirlər və gələcəklərinə inanıram. Bəlkə də birində Salifunu, birindi Cibrillanı axtarırıq. Oxşar keyfiyyətləri var. İnanıram ki, gələcəkdə parlayacaqlar.
Transferlər başa çatdı?
- Yeni mövsüm üçün 4-5 legioner gələcək. Sadəcə, tələsmirk. Avrokuboka görə çempionatı qurban vermək istəmirik. Danışıqlar gedən, baxdığımız oyunçular var. Qarşıdakı bir ay ərzində hər şey dəqiqləşəcək.
"Payde" "Torpedo"dan güclü komandadır?
- Bir çox suala istədiyim kimi cavab verə bilməyəcəm. Rəqib də təhlil edir, hər açıqlamaya baxır. Oyun üslubu olaraq bir-birinə bənzəyən komandalardır. Bir az fərqli oyunlar alındı. Bəzi sualların cavabını sabah mətbuat konfransında sonra açıqlayarıq. Oyun istədiyimiz kimi keçirdi. Ümumi çıxışımızdan razı qaldım. Oyuna nəzarət edən tərəf biz idik. Sadəcə, qarşımızda təcrübəli və nəticəyə oynaya bilən komanda var idi. Bunu oyun ərzində də hiss etdik. Rəqib bizi çox yaxşı təhlil etmişdi. Nəticə üçün uğurlu oyun planı qurmuşdular. Hücumları qola çevirə bilmədik. Son 10 dəqiqə istəmədiyimiz şəkildə keçdi. Çoxsaydlı kornerlər, aut atışları oldu. Buraxdığımız qol bizi məyus etdi. 110 avrokubok oyunu oynamışam, burada elə-belə rəqib olmur. Hansısa oyun istədiyin kimi rahat gedər, amma hər an rəqib nəticəni dəyişə bilər. Bəzən yaxşı oynamaq kifayət etmir. Yaxşı nəticə qazanmaq istəyirik. Rəqib təcrübəlidir, heyətində təcrübəli oyunçular çoxdur, yaxşı məşqçiləri var. Sabah əlimizdən gələni edəcəyik ki, oyun planımız işləsin, bizim oyunumuz alınsın.
Turu keçsəniz, növbəti rəqibin "Rapid", yoxsa "Santa Koloma" olmasını istəyərdiniz?
- O barədə qətiyyən düşünmürük. Bizi indi düşündürən sabahkı oyundur.


