"Qarabağ"ın Azərbaycan futbolu üçün etdikləri..." - Emin Məmmədov

"Qarabağ"ın Azərbaycan futbolu üçün etdikləri..." - Emin Məmmədov

"Qarabağ" FK-nın Azərbaycan futbolu üçün etdikləri həm yerli çempionatın səviyyəsinin yüksəlməsinə, həm də ölkə futbolunun beynəlxalq arenada tanınmasına birbaşa xidmət edir”.

"Mediasport" xəbər evrir ki, bu sözləri "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov deyib.

Qurum rəsmisi tərəflər arasında əməkdaşlıq memorandumunun imzlanması mərasimində "Qarabağ"ın uğurlarından söz açıb:

"Siz komanda olaraq böyük bir işlər görürsünüz, Qarabağ adını dünyanın ən böyük futbol stadionlarında səsləndirirsiniz. Heç birimizin ağlına gəlməzdi ki, bir gün "Qarabağ" böyük tarixə malik komandalarla eyni səviyyədə oyun nümayiş etdirəcək.

Mən həm bir azərbaycanlı, həm də "Azərxalça" komandasının rəhbəri olaraq gördüyünüz böyük işə görə sizə minnətdarlığımı bildirirəm.

Çünki hamımız başa düşürük ki, belə nəticələrin arxasında ciddi iş dayanır. Başda klub rəhbərliyi olmaqla, hər birinizi alqışlamaq və sizə təşəkkür etmək istəyirəm.

Bizim də əsas məqsədimiz Qarabağ adını tanıtmaqdır. Biz bunu futbol meydanlarında yox, müxtəlif hərraclarda, tanınmış dünya kolleksiyalarında və muzeylərində təqdimatlarımız, sərgilərimizlə edə bilərik.

Əminəm ki, bizim əməkdaşlığımız davam edəcək və birlikdə gözəl layihələr həyata keçirəcəyik".

Xatırladaq ki, Emin Məmmədov futbola yad sima deyil. O, AFFA-nın sabiq baş katibi, hazırda FİFA-da direktor vəzifəsini icra edən Elxan Məmmədovun qardaşıdır.