AFFA rəsmisi növbəti dəfə "İctimai" televiziyanın baş direktoru seçildi

AFFA rəsmisi növbəti dəfə "İctimai" televiziyanın baş direktoru seçildi

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə Balakişi Qasımov 3-cü dəfə İTV-nin baş direktoru olub.

O bu gün Audiovizual Şurada keçirilən İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilib.

İclasda Yayım Şurasının üzvləri, namizədlər və Audiovizual Şuranın təmsilçiləri müşahidəçi qismində iştirak edib.

Müsabiqə 11 nəfər iddiaçı arasında aparılıb.

Xatırladaq ki, B.Qasımov AFFA-nın vitse-prezidentidir. Eyni zamanda "Sabah" Futbol Klubunun qeyri-rəsmi patronu hesab edilir.