Türkiyədə 4 milyona klub alan Sadıqov oğlunu yanına gətirdi

Türkiyədə 4 milyona klub alan Sadıqov oğlunu yanına gətirdi

Rusiyada yaşayan azərbaycanlı iş adamı Tufan Sadıqov Türkiyədə futbol klubu alıb.

“Mediasport” xəbər verir ki, tanınmış biznesmen 1-ci Liqaya yüksəlmiş “Serik Bələdiyəspor”un səhmlərinin 50 faizini əldə edib.

Bu il iflasa uğramış və fəaliyyətini dayandırmış Rusiyanın "Ximki" klubunun keçmiş sahibi və sponsoru Türkiyə tərəfinə anlaşma üçün 4 milyon avro ödəyib.

O, kluba ilk transferi etməyə hazırlaşır. Məlumata görə, Sadıqov 25 yaşlı oğlu İlyanı "Serik Bələdiyəspor"a gətirib.

Hücumçu geridə qalan 4 ili "Ximki"də forma geyinib, Rusiya Premyer Liqasında 3 qol vurub.

Qeyd edək ki, Tufan Sadıqov 2024-cü ilin dekabrında Moskvanın Qolovinski məhkəməsinin qərarı ilə külli miqdarda dələduzluqda ittiham olunaraq ev dustaqlığına məhkum edilib, bu ilin yanvarında girov qarşılığında azadlığa buraxılıb.