"Neftçi" rəhbərliyi 55 illik yubileyi münasibətilə Qədirovu təbrik etdi
“Neftçi”nin veteran futbolçusu Vladislav Qədirov “Palms Sports Arena”da qonaq olub.
"Mediasport" xəbər verir ki, “İmişli” ilə oyundan əvvəl klubun baş icraçı direktoru Cenk Sümer Qədirova 55 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, veteran futbolçu 1988-1991, 1995-ci illər ərzində “Neftçi”nin heyətində 101 oyun keçirib, 11 qol vurub.
