Ramazanova yarışlara körpə qızı ilə birlikdə qatıldı, GÜNDƏM OLDU

Azərbaycanın kamandan oxatma üzrə idmançısı Yaylagül Ramazanova III MDB Oyunlarına maraqlı formada qoşulub.
"Mediasport" xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının iştirakçısı Xankəndidə təşkil olunan yarışa qızı ilə birlikdə qatılıb.
Yarışlar zamanı hakimlik edən Ramazanovanı azyaşlı övladı müşayiət edib.
Xatırladaq ki, idmançı olimpiadada 7 aylıq hamilə ola-ola mübarizə aparmışdı.