"İmarət"in tikintisi davam edir - Ağdamdan ƏN SON GÖRÜNTÜLƏR

"İmarət"in tikintisi davam edir - Ağdamdan ƏN SON GÖRÜNTÜLƏR

"Mediasport" "İctimai" televiziyanın Ağdamda yeni inşa olunan müasir "İmarət" stadionunda aparılan işlər barədə yeni süjetini təqdim edir:

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il sentyabrın 19-da Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyub.

Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq inşa ediləcək stadion üçün 19,2 hektar torpaq sahəsi ayrılıb.

Arenanın UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulub. 11 min 700 nəfərlik tamaşaçı tutumuna malik stadionun oyun meydançası təbii ot örtüyü olacaq.

Stadionda UEFA tələblərinə uyğun VVIP, VIP lounge, konfrans zalı, iclas otaqları, hakim otaqları, komandalar üçün soyunma-geyinmə sahələri, media otaqları, muzey, şərhçi otaqları və digər inzibati, köməkçi sahələr, stadionun ərazisində əlavə məşq meydançası, qaçış zolağı, avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri, texniki bina və qurğular inşa ediləcək.