Hindistanlı hakim "Qarabağ"ın pley-off matçı üçün Bakıya gələcək

Hindistanlı hakim "Qarabağ"ın pley-off matçı üçün Bakıya gələcək

Avqustun 27-də Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Tvente" matçının hakimləri açıqlanıb.

"Mediasport" xəbər verir ki, görüşü Norveçdən olan ədalət təmsilçiləri idarə edəcəklər.

Baş hakim əslən hindistanlı Rohit Saggiyə yan xətlərdə Anders Olav Dale və Ole Andreas Haukasen yardımçı olacaq.

Dördüncü hakim funksiyasını Marius Hansen Qrotta yerinə yetirəcək.

VAR-da Kristoffer Hagenes, AVAR-da avstriyalı Alan Kiyas əyləşəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlanacaq.