RƏSMİ: "Qarabağ"ın futbolçusu "Zaqatala"da forma geyinəcək

RƏSMİ: "Qarabağ"ın futbolçusu "Zaqatala"da forma geyinəcək

"Qarabağ"ın qapıçısı Amin Ramazanov karyerasını "Zaqatala"da davam etdirəcək.

"Mediasport" xəbər verir ki, o, 6 aylıq icarə əsasında 1-ci Liqa klubunda oynayacaq.

Amin "köhlən atlar"ın heyətində 3 dəfə Premyer Liqanın, 2 dəfə ölkə kubokunun qalibi olub.

Ramazanov Ağdam təmsilçisinin heyətində ümumilikdə 26 oyuna çıxıb, 35 qol buraxıb, 5 matçda isə qapısını toxunulmaz saxlayıb.