Hakimi döyən bölgə klubunun baş məşqçisinə 8 oyunluq cəza verildi
AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən "Sabirabad" komandasının baş məşqçisi Şirxan Əkbərov və futbolçusu Beyrək Beybutluya ciddi sanksiya tətbiq edib.
"Mediasport" xəbər verir ki, baş məşqçi rayonun digər təmsilçisi "Olimpik"lə qarşılaşmada meydana daxil olaraq hakimi vurub.
Futbolçu isə qırmızı vərəqə aldıqdan sonra hakimə fiziki təzyiq göstərib.
Klubun hər iki üzvü 8 oyunluq cəza alıb.
Həmin matçda stadionda təhlükəsizlik təmin olunmadığına görə (3 polis nəfəri) qarşılaşma 84-cü dəqiqədə yarımçıq qaldığı üçün oyun saxlanıldığı vaxtdan davam etdiriləcək.
