İntizam Komitəsi "İmişli"nin legionerini 4 oyunluq cəzalandırdı

İntizam Komitəsi "İmişli"nin legionerini 4 oyunluq cəzalandırdı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, qurum 1-ci Liqa təmsilçisi "İmişli"nin futbolçusu Gilyerme Silvaya ağır cəza verib.

Braziliyalı 16-cı turun “Mingəçevir”lə ev görüşünün 87-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandırılıb.

Aran klubu 300 manat da cərimə ödəyəcək.

Qeyd edək ki, matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.