Xəyal "Şahdağ Qusar"a keçdi
1-ci Liqada yeni mövsümə hazırlaşan “Şahdağ Qusar” heyətini yerli futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, şimal təmsilçisi Xəyal Tomarovu transfer edib.
27 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Xəyalın son klubu bu liqada “Şəfa” olub.


