"Qarabağ" və "Neftçi" turu qələbə ilə başa vurdular

Futbol üzrə Azərbaycan Premyer Liqasında 35-ci tura yekun vurulub.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Nəticələri formal xarakterli oyunlarda "Neftçi" və "Qarabağ" doğma azarkeşləri qarşısında meydana çıxıblar.
Xatırladaq ki, turun əvvəlkə görüşlərində ""Şamaxı"ya qalib (1:0) gələn "Araz-Naxçıvan" tarixində ilk dəfə avrokuboklara - Konfrans Liqasına vəsiqə qazanıb, "Turan Tovuz" səfərdə "Sumqayıt"ı məğlub (1:0) edib, "Sabah" isə Zirədən 1 xalla qayıdıb.
Azərbaycan Premyer Liqası. 35-ci tur
18 may (bazar)
"Neftçi" – "Səbail" 3:0
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elman Musayev
“Neftçi Arena”, 17:00
"Qarabağ"– "Kəpəz" 3:0
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabarov
VAR: Rəşad Əhmədov
AVAR: Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azərsun Arena”, 19:00