"Ayaks"ın sabiq futbolçusu Azərbaycan klubuna keçdi - RƏSMİ

"Karvan" daha bir futbolçunun transferini açıqlayıb.
"Mediasport" xəbər verir ki, niderlandlı sağ cinah müdafiəçisi Şakil Sno ilə 1 illik müqavilə imzalanıb.
29 yaşlı futbolçu son olaraq Maltanın "Qzira" klubunda forma geyinib.
Sno karyerası ərzində "Ayaks", "Telstar" (hər ikisi Niderland), "Olesun" (Norveç), "Lokomotiv" (Plovdiv, Bolqarıstan), "Botoşani" və "Mioveni" (Rumıniya) klublarının heyətində çıxış edib.