"Neftçi" makedoniyalı məşqçi ilə 1 illik müqavilə bağladı - TANIŞ AD

Yay hazırlığını Polşada davam etdirən "Neftçi"də yeni məşqçi təyinatı olub.
"Mediasport" xəbər verir ki, baş məşqçi Samir Abasov İvan Yovanovskini kluba gətirib.
2012/2013-cü illərdə ovaxtkı "Keşlə"də (indi "Şamaxı"-red.) fitness məşqçisi işləmiş şimali makedoniyalı mütəxəssis Bakı təmsilçisində fiziki hazırlıq üzrə yardımçı vəzifəsini yerinə yetirəcək.
"Ağ-qaralar" 40 yaşlı mütəxəssislə 1 illik müqavilə bağlayıblar. Balkanlı "Neftçi" bugünlərdə yola salınan rumın Boqdan-Kornel Merişanunu əvəzləyib.
Yovanovski son olaraq vətənində tanınmış "Şkendiya"da çalışıb.
Onadək isə "Rabotniçki", Akademiya Pandev", "Brera", "Skopye", "Metallurq" (hamısı Şimali Makedoniya), "Ludoqorets", ÇSKA-da (hər ikisi Bolqarıstan), "Ural" (Rusiya), "Rizəspor", "Gənclərbirliyi"ndə (hər ikisi Türkiyə) işləyib.
2010/2011-ci illər mövsümündə "Ludoqorets"lə Bolqarıstan Kuboku və Superkubokunun qalibi olub.