İntizam Komitəsi "Zirə"ni 800, "Şamaxı"nı 700 manat cərimə etdi

 İntizam Komitəsi "Zirə"ni 800, "Şamaxı"nı 700 manat cərimə etdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Mediasport" xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXXV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Zirə” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə ev sahibi klubu 800 manat ziyana düşüb.

“Şamaxı” – “Araz-Naxçıvan” matçında “şirlər”in 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.