Antonun komandası Cənubi Koreyada üstünlüyü əldən verdi

Cənubi Koreya çempionatında 27-ci turun oyunları başa çatıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Daejon" "Anyanq"a uduzub - 2:3.
Anton oyuna start heyətdə başlayıb və sona qədər mübarizə aparıb.
Krivotsyukun komandası hesabda 2 dəfə önə çıxıb, lakin 72-ci dəqiqədə meydanda azlıqda qalıb.
Nəticədə, meydan sahibləri qol epizodlarından yararlanıblar və qələbə qazanıblar.
"Daejon" hazırda yarışın turnir cədvəlində 42 xalla 4-cü pillədə yer alıb.