"Nyukasl" "Qarabağ"la Bakıdakı oyunun biletlərini satışa çıxarır

"Nyukasl" "Qarabağ"la Bakıdakı oyunun biletlərini satışa çıxarır

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq İngiltərənin “Nyukasl” klubu Bakıdakı oyunun bilet satışına başlayıb. 

"Mediasport" xəbər verir ki, azarkeşlər sabahdan elektron biletlər ala biləcəklər.

Biletlərin qiyməti 18 funt sterlinq (təxminən 42 manat) olacaq.

Klub mövsüm bileti sahiblərinin müraciətlərinə üstünlük verəcək, daha sonra xüsusi bonus xallarına əsasən bilet satılacaq.

Xatırladaq ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlanacaq.