Vensan Abubakar "Neftçi"nin ikitərəfli oyununda dubl etdi

 Vensan Abubakar "Neftçi"nin ikitərəfli oyununda dubl etdi

“Neftçi” növbəti matça hazırlığını davam etdirir.

"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi “Palms Sports” Futbol Mərkəzində bu gün ikitərəfli oyun keçirib.

“Ağlar” və “qaralar”ın mübarizəsində qarşılaşma 3:2 hesabı ilə birincilərin xeyrinə başa çatıb.

Qolları Vensan Abubakar (2), İmad Faraj, Bassala Sambu və Edvin Kuç vurublar.

Qeyd edək ki, “Qarabağ”la oyunu təxirə salınan “ağ-qaralar” Misli Premyer Liqasında növbəti görüşünü fevralın 28-də “Şamaxı”ya qarşı keçirəcək.

Şamaxı şəhər stadionunda baş tutacaq matç saat 14:30-da start götürəcək.