"İstəyirəm ki, Mahir meydanda gücünün 100 faizini ortaya qoysun"

"Uzun söhbətdən sonra Mahirlə birlikdə belə qərar qəbul etdim. İstəyirəm ki, Mahir meydanda gücünün 100 faizini ortaya qoysun".
"Mediasport" xəbər verir ki,bu sözləri Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze deyib.
Mütəxəssis komandanın azərbaycanlı futbolçusu Mahir Emreli haqda danışıb.
O, 27 yaşlı hücumçunun növbəti tur "Qröyter Fürt"lə baş tutacaq derbiyə hazırlaşdığını qeyd edib: "Mahir artıq derbiyə hazırlaşır. Onun məşqlərdəki performansını izləyib qərar verəcəyik. Ancaq optimistəm”.
"Nürnberq" - "Qröyter Fürt" qarşılaşması martın 16-da keçiriləcək.