Dadaşov 82 dəqiqə oynadı, komandası yenə məğlub oldu

Dadaşov 82 dəqiqə oynadı, komandası yenə məğlub oldu

Rüfət Dadaşovun formasını geyindiyi "Dinamo" (Berlin) Şimal-Şərq Regional Liqasında ardıcıl ikinci dəfə uduzub.

"Mediasport" xəbər verir ki, Berlin klubu 2-ci tur çərçivəsində "Rot-Vays Erfurt"a 2:3 hesabı ilə məğlub olub.

34 yaşlı Dadaşov start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.

"Dinamo" hazırda çempionatın turnir cədvəlində 0 xalla 15-ci pillədə qərarlaşıb.