Millimizin üzvü 77 dəqiqə oynadı, komandası "Ayaks"a məğlub oldu
Futbol üzrə Niderland Yüksək Liqasında (Erediviziya) 20-ci turun görüşləri keçirilir.
"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Ozan Can Kökcünün formasını geyindiyi "Volendam" Amsterdamda "Ayaks"la qarşılaşıb.
Matç paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0. Yığmamızın üzvü 77 dəqiqə meydanda olub.
“Volendam” 17 xalla təhlükəli zonada - 15-ci sırada qalıb.
