Milli komandamız Sloveniyadakı turnirdə İslandiyanı məğlub etdi

Milli komandamız Sloveniyadakı turnirdə İslandiyanı məğlub etdi

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi "Slovenia Nations Cup" yoldaşlıq turnirində ilk oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, "Preddvor" stadionunda keçirilən görüş Elxan Abdullayevin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində qolları 46-cı dəqiqədə Ziya Şəkərxanov və 55-ci dəqiqədə Şahin İbrahimov vurublar.

U-19 beynəlxalq turnir çərçivəsində növbəti oyununu sentyabrın 6-da Farer adaları yığmasına qarşı keçirəcək.