AFFA onu milliyə gətirmək üçün hər dəfə 12 min manat xərcə düşür

AFFA onu milliyə gətirmək üçün hər dəfə 12 min manat xərcə düşür

DÇ-2026-nın seçmə qrup mərhələsində növbəti oyunlara hazırlaşan Azərbaycan yığması toplanışa dünəndən start verib.

İki gün Bakıda hazırlaşacaq kollektiv sabah günorta saatlarında Fransanın paytaxtı Parisə yola düşəcək.

Legioner həyatı yaşayan futbolçuların hamısı  düşərgəyə Bakıda qoşulublar.

"Mediasport" heyətlə bağlı maraqlı məlumat əldə edib.

AFFA-dan redaksiyamıza verilən informasiyaya görə, 2019-cu ildən əsas millidə forma geyinən Anton Krivotsyukun düşərgəyə gəlişi qurumu maliyyə cəhətdən xeyli ziyana salır.

Federasiya karyerasını Cənubi Koreyada davam etdirən müdafiəçinin komandaya qoşulması üçün hər dəfə təxminən 12 min manat xərcə düşür.

Səbəb Cənubi Koreyadan Azərbaycana birbaşa reysin olmaması və üçüncü ölkəyə bilet qiymətlərinin bahalığıdır.

Milli üzvü olduğu üçün Antonun da bütün xərclərini AFFA qarşılayır ki, bu, hardasa 6 min avro edir.

Xatırladaq ki, Ukrayna əsilli futbolçu əsas komandada indiyədək 41 oyun keçirib, 1 qol vurub.

Komandamız oktyabrın 10-da “Park de Prens”də Fransa yığması, 3 gün sonra Polşanın Krakov şəhərində Ukrayna futbolçuları ilə qarşılaşacaq.