Azərbaycan milli komandasının yeni baş məşqçisi açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçi vəzifəsi müvəqqəti olaraq Rəşad Eyyubova həvalə olunub.
"Mediasport" AFFA-ya istinadən xəbər verir ki, Fərid Namazov isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.
Bildirilib ki, U-21 əsas millinin ehtiyat bazası hesab olunur.
Bu səbəbdən U-21-in məşqçi korpusu əsas millinin baş məşqçisi Ayxan Abbasov və onun köməkçiləri ilə daim sıx iş birliyində çalışacaq.