Kadi Borges ikinci dəfə ata oldu

"Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borges növbəti dəfə ata olub.
"Mediasport" xəbər verir ki, polşa əsilli braziliyalının ikinci qız övladı dünyaya gəlib.
29 yaşlı vingerin yenidən ata olması xəbərini "Liv Bona Dea Hospital"ın sosial şəbəkə hesabları paylaşıb.
Xatırladaq ki, Kadi Samara adlı xanımla ailəlidir.