Elvin Cəfərquliyev Kərbəlaya getdi

Elvin Cəfərquliyev Kərbəlaya getdi

Uuzn müddətdir zədədən əziyyət çəkən Azərbaycan milli komandası və “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Kərbəla ziyarətinə yollanıb.

"Mediasport" xəbər verir ki, bu barədə zəvvarlardan biri sosial şəbəkədə paylaşım edib.

Xatırladaq ki, İraqın Kərbəla şəhərində Məhəmməd Peyğəmbərin (s.ə.s) nəvəsi İmam Hüseynin (ə) məzarı ziyarət olunur.

Müdafiəçi avqustda UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin Kiyev “Dinamo”su ilə Bakıdakı oyununda zədələnib, sentyabrın əvvəlində əməliyyat edilib.

Yığma üzvünün sol budunun arxa əzələ qrupuna daxil olan yarımvətərli əzələsinin distal vətərində zədələnmə aşkarlanıb.