Xankəndidə bu fabrikdə 50 minə yaxın idman köynəyi istehsal edilib

Bir neçə aydır fəaliyyət göstərən və ərazisi 1,2 hektar olan Azərbaycan-Özbəkistan Xankəndi tikiş fabrikində indiyədək 50 minə yaxın idman köynəyi istehsal edilib.
"Mediasport" xəbər verir ki, fabrikin 2025-ci il üçün planı istehsal həcmini 1 milyona çatdırmaqdır.
Bu il üçün 924 min ədəd köynəyin istehsal olunması planlaşdırılıb. Fabrikdə istehsal olunacaq məhsullar müxtəlif ölkələrə də ixrac ediləcək.
Qeyd edək ki, Xankəndi tikiş fabrikinin açılışı ötən ilin noyabrında Bakıda keçirilən COP29 tədbiri zamanı olub.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak ediblər.
Prezident İlham Əliyev fevralın 19-da Xankəndiyə səfəri zamanı müəssisənin fəaliyyəti ilə tanış olub.