Kadidən ÜZÜCÜ XƏBƏR gəldi - Braziliyalı iki ay oynamayacaq
Dünən Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində“Çelsi” ilə oyunda zədələnən “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgesin durumuna aydınlıq gəlib.
“Mediasport” xəbər verir ki, yarımmüdafiəçi oyundan sonra tibbi müayinədən keçib.
Müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.
Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.
