"Neftçi"nin UEFA Çempionlar Liqasında rəqibi müəyyənləşdi
Qadınlar arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkü atılıb.
"Mediasport" xəbər verir ki, AFFA Yüksək Liqanın qalibi "Neftçi"nin də rəqibi müəyyənləşib.
Paytaxt klubu bu mərhələnin 1-ci qrupunun yarımfinalında Monteneqronun "Buduçnost" klubu ilə qarşılaşacaq.
Cütün qalibi finalda PAOK (Yunanıstan) – "Hapoel" (Yerusalim, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Qalib komanda II təsnifat mərhələsinə yüksələcək.
I mərhələnin yarımfinal oyunları iyulun 22-də, final görüşüi isə 25-də keçiriləcək.


