"Sabah"ın UEFA Konfrans Liqasında potensial rəqibləri müəyyənləşdi

"Sabah"ın UEFA Konfrans Liqasında potensial rəqibləri müəyyənləşdi

"Sabah"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu qitənin birinci dərəcəli klub turnirində Uelsin TNS klubuna uduzsa, "Flora" (Tallin, Estoniya) - "İberiya" (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da baş tutacaq.